22 May 2017 09:43
1 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Uçan Naməlum Obyektlərin və ya Uçan boşqab dediyimiz kənar cismlərin kameralara çəkilməsi ilə heç kimi təəccübləndirmək mümkün deyil. Çoxumuz onları videoya çəkmək fürsəti əldə etməsək də, dəfələrlə müşahidə etmişik. Lakin UNO-ların dünyamıza hücum etdiyi məqamları yaxalayıb çəkə bilməklə ciddi diqqət cəlb etmək olar.

Teleqraf.com-un bu dəfə UNO-ların Yutub video-paylaşım şəbəkəsinə istindla təqdim etdiyi 5 hücum videosunun etibarlılığı haqda uzun-uzadı mübahisə etmək olar, ancaq onlara baxmağın hər kəs üçün maraqlı olacağı şübhəsizdir. Çəkilişlərin montaj olub-olmadığı haqda qərar verməyi isə oxucularımızın ixtiyarına buraxırıq.

Görüntülərdən biri Suriya şəhərlərindən birində qeydə alınıb. Sanki UNO-dan atəş açılır və bundan sonra o, şaquli istiqamətdə heyrətamiz sürətlə uçub yoxa çıxır. Adamda elə təəssürat yaranır ki, uçmazdan öncə mühərrikini qızdırır.

Növbəti videoqeyd isə əvvəlkindən daha maraqlı təsir bağışlayır. Çəkilişin üfüqi aparıldığı görünür. Qatarın yanında havadan asılı qalmış UNO anidən qatarı partladır və uçaraq yoxa çıxır. Təsvir böyüdükdə məlum olur ki, bu obyekt klassik unolara o qədər də bənzəmir. Bəlkə də bu, hansısa hərbi sınaq, operator isə hərbçilərdən biridir. Bütün hallarda yenə də nəsə qəribləlik var və hansı qərara gələcəyini kəsdirə bilmirsən.

Daha ətraflı videoda:


Müəllif: Alpər Cəbrayıl