22 May 2017 10:18
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Prezidenti Prokopis Pavlopulos Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün bu gün İstanbula gələcək.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, Prezident Prokopis türkiyəli həmkarı Ərdoğanla görüşəcək.

67 yaşlı Prokopis Pavlopulos Türkiyəyə səfər edən ilk Yunanıstan prezidenti olaraq tarixə düşəcək.

Xatırladaq ki, sonuncu dəfə 1952-ci ildə Yunanıstan kralı Pavlos Türkiyə prezidenti Cəlal Bayarın dəvəti ilə Ankara və İstanbulda olub.

Bu dəfə Prezident Ərdoğan Yunanıstan prezidentini tədbirə dəvət edib. Yunanıstan prezidenti 3 həftə əvvəl dəvəti qəbul edib.


Müəllif: Cavad