22 May 2017 13:44
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmir məhkəməsi 2015-ci il noyabrın 24-də Türkiyənin Suriya ilə sərhədində Rusiyaya məxsus Su-24 qırıcısının vurulmasında ittiham olunan Alparslan Çeliklə bağlı qərarını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu haqda Çelikin vəkili Murad Üstündağ məlumat verib.

Qərara əsasən, Çəlik qanunsuz silah gəzdirmə maddəsi üzrə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil əlavə edib ki, rus pilotu Oleq Peşkovun öldürülməsi məsələsinin araşdırılması isə davam edir.

Qeyd edək ki, Alparslan Çelik məhbusun qaçmasına yardım etməkdə, qanunsuz silah saxlamaqda və dələduzluqda ittiham edilərək, 2017-ci ilin iyunun 8-də həbs olunub.


Müəllif: Samir İsayev