22 May 2017 16:45
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə sayılı saatlar qalarkən, Azərbaycan vaxtından əvvəl İslamiadanın qalibi olub.

Teleqraf.com xəbər verir ki, hesabında 75 qızıl, 50 gümüş və 36 bürünc medal olan Azərbaycan Bakı 2017-ni birinci sırada başa vurub.

Medalların sayında Türkiyə Azərbaycandan irəlidə olsa da, qızıl medallarla ölkəmiz liderliyi əldən verməyib. 71 qızıl, 66 gümüş və 57s-i bürünc olmaqla 194 medalla Türkiyə ikinci yerdə qərarlaşıb. Üçüncü pillə isə İranın payına düşüb.

Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi İslamiadaya 54 ölkədən üç mindən çox idmançı qatılıb. Onlar 20 müxtəlif idman yarışlarında mübarizə aparıblar. Bu gün saat 22:00-da Bakı Olimpiya Stadionunda yarışların bağlanış mərasimi keçiriləcək.


Müəllif: Nərgiz