22 May 2017 21:58
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasının Zimbabve şəhərində Teunis Bota adlı professor həlak olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Teunis Bota güllələdiyi filin altında qalaraq can verib.

Məlumatlara görə, Bota həm də bu ölkədə fil ovçusu kimi tanınıb. O, son ovu zamanı ehtiyatsızlığa yol verib. 51 yaşlı 5 uşaq atası olan Bota sosial şəbəkədə tez-tez öldürdüyü heyvanlarla şəkillərini paylaşdığı üçün tənqid olunurdu.

Şəfiqə Nazimqızı


Müəllif: Teleqraf.com