23 May 2017 00:28
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan həyatı üçün təhlükəli hesab edilən heyvanı saxlayır. Özü də şəhərin mərkəzində insanların sıx olduğu yerə çıxardaraq bu heyvanı gəzdirir.

Teleqraf.com-un "Xezerxeber"-ə istinadən məlumatına görə, görüntülər Abşeron rayonu Xırdalan şəhərində bir vətəndaş tərəfindən qeydə alınıb.Kadrlardan görünür ki, vətəndaş canavar saxlayır və onu bağlı şəkildə insanların olduğu əraziyə gətirərək nümayiş etdirir. Sonra isə sanki it gəzdirirmiş kimi canavarı da gəzdirməyə başlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyir ki,Avropada vəhşi təbiətin qorunması haqqında Berlin kovensiyasısına Azərbaycanda qoşulduğuna görə canavarın ovlanması və tutulması qadağan edilibdir.


Müəllif: Teleqraf.com