23 May 2017 10:51
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını yerli orqanlar vasitəsilə araşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək.

Qeyd edək ki, dünən axşam saatlarında “Mançester Arena”da keçirilən konsert zamanı partlayış baş verib. Partlayıb zamanı 22 nəfər ölüb, təxminən 60-a yaxşı şəxs yaralanıb. Polis partlayışı terror aktı kimi qiymətləndirilib.


Müəllif: Səxavət