24 May 2017 11:39
2 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Melbrunlu ufoloq gecə görüntülü qurğunun köməyi ilə Avstraliya üzərindən uçan çoxsaylı naməlum obyektləri qeydə alır.

Teleqraf.com xəbər verir ki, ufoloqun Yutub kanalında yerləşdirdiyi videolarda hərəkət edən cisimlər arasında Yer kürəsinin orbitində uçan peykləri, uzun quyruqlu meteoritləri, köç edən quş qatarları və müxtəlif forma və ölçülü xeyli Uçan Naməlum Obyekti görmək olar.
Ufoloqun yaydığı son videodan sonra belə təəssürat yaranır ki, Avtraliya üzərindən canlı səma şosesi keçir.

Bundan başqa videoda meksikalı araşdırmaçının Çilidən aldığı UNO ilə bağlı videoqeyd, 26 yanvar 2017-ci ildə sübh çağı Sundarban milli qoruğu üzərindən keçən ağ uzunsov Uçan boşqab, rusiyalı ufoloqun Çelyabinskdə qeydə aldığı yadplanetli gəmi, Kanadada Yerə asta-asta yaxınlaşan bir neçə obyekt, 31 yanvar 2017-ci ildə Pitsburq şəhərində Yerə enmək istədiyi güman edilən uçan aparat və daha bir neçə UNO görüntüsü yer alib.
Videonu təqdim edirik:


Müəllif: Alpər Cəbrayıl