26 May 2017 15:00
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Tendürək yüksəkliyində anti-terror əməliyyatı keçirib.

Saat 13:30

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı 20 terrorçu öldürülüb.

Qeyd edək ki, Tendürək yüksəkliyi Ermənistanla sərhəddə yerləşir.

***

Türkiyə Silahlı Qüvvələrinin Tendürək yüksəkliyində keçirdiyi əməliyyatlar zamanı 59 terrorçu öldürülüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib:

"Dünən səhər saatlarında Tendürək yüksəkliyindən İrandan gələn bir qrup terrorçunun ölkəyə daxil olmağa çalışması ilə bağlı məlumat əldə etdik. Aparılan əməliyyatlar zamanı dünən 25 terrorçu öldürülüb. Gecə saatlarında 5 silahlı zərərsizləşdirilib. Bu gün isə Qars və Ağrıya hücum etməyə çalışan 29 terrorçu da məhv edilib".

Nazir əlavə edib ki, döyüşlər zamanı 3 polis şəhid olub.


Müəllif: Samir