26 May 2017 15:58
4 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəli, mən keçmişdə marslı olmuşam.

Telqraf.com xəbər verir ki, bu sözləri bir rus jurnalistə müsahibəsində Marsdan gəldiyini iddia edən heyrətamiz bilgilərə sahib Boris adlı uşaq deyib.

O, jurnalistə keçmiş yaşamında Marsda yaşadığını, 7 metr boya sahib olduğunu bildirib:
"Bəli, mən keçmiş yaşamımda Marsda yaşamışam. O zamanımı xatırlayıram. 14-15 yaşımdaydım. Marslılar həmişə müharibə aparırdılar. Dostlarımla bərabər, tez-tez hava hücumlarına məruz qalırdım. Zamanda səyahət edə bilirdim. Kosmik gəmilərdə uçurdum. Marsın kosmik gəmiləri çox fərqlidir və kaiant boyu uça bilirlər".

O, jurnalistin "Bu an Marsda yaşayan varmı" – sualına da cavab verib:
"Hə, yaşayırlar. Lakin Mars qlobal bir fəlakət üzündən xeyli əvvəl atmosferdən məhrum oldu. Buna baxmayaraq, marslı insanlar yer altında hələ də yaşayır, jarbonla nəfəs alırlar".
Boris marslı insanların görünüşləri haqda isə bunları deyib:

"Boyları çox uzun, 7 metrdən çox olur. İnanılmaz qabilliyyətləri var".

"Oğlumuzu astronom, tarixçi və başqa uzmanlara göstərdik. Bu yaşda bir uşağın bu bilgilərə sahib olmasını imkansız saydılar. Onun istifadə etdiyi termin və ifadələri isə ancaq bu sahəylə məşğul olan elm adamları işlədir. Onların hamısı bütün bu söhbətlərin uydurulmasının imkansız olduğunu qəbullanır və Borisin fövqəladə yetənəklərini etiraf edirlər. Ancaq heç şübhəsiz onun keçmiş yaşamında Marsda yaşadığını demirlər", - Borisin anası deyir.

Təfərrüatı videoda:


Müəllif: Alpər Cəbrayıl