26 May 2017 20:39
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda zəncirvari yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, qəza Aeroport yolunda, "Buta Palace" yaxınlığında, "Opel", "Mercedes" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində yaralananların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadası və yol polisləri cəlb edilib.

Qəza yolda tıxaca səbəb olub. Hazırda yol polisləri tıxacın aradan qaldırılması və yolda avtomobillərin hərəkətini təmin etməyə çalışırlar.


Müəllif: Teleqraf.com