27 May 2017 09:59
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kastamonudan Ankaraya gedən sərnişin avtobusu aşıb.

Teleqraf.com türk mətbuatına istinadla xəbər verir ki, ərnişin avtobusunun Qapıçılar qəsəbəsində aşması nəticəsində yol qəzası baş verib.

Qəza zamanı 8 nəfər ölüb, 34 adam yaralanıb. Ankara valisi Ərkan Toraca yaralılardan 11-nin vəziyyətinin ağır olduğunu bildirib.

Qeyd edək ki, qəzaya avtobus sürücüsünün yatması səbəb olub. Qəza ilə bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət