27 May 2017 16:11
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

Teleqraf.com Hurriyet.com-a istinadla xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumatda deyilir ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan strateji əməkdaşlığın dərinləşdirilməsinə qərar veriblər.

İki ölkənin liderləri ticari-iqtisadi əlaqələrdə məhdudiyyətlərin aradan qaldırılması, Akkuyu AES və "Türk axını" layihələrini müzakirə ediblr.


Müəllif: Mahir