27 May 2017 21:12
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib şəhəri yaxınlığındakı səhra xəstəxanasında Fuad və Raqa adlı Siam əkizləri doğulub.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, doğulan əkizlərin bədəni bir-birinə bitişik olub.

Türkiyənin Reyhanlı Dövlət Xəstəxanasına gətirilən əkizlər bir müddət burada qalıb, daha sonra Hatay Mustafa Kamal Xəstəxanasına köçürülüb. Burada həkimlərin etdiyi müayinədən sonra bəlli olub ki, əkizlər bir bədənli və iki başlıdır. Uşaq Cərrahiyəsi Şöbəsinə gətirilən körpələrin burada müalicə alacaqları bəlli olub.


Müəllif: Cavad