27 May 2017 22:29
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Qaxda 15 yaşlı oğlanı avtomobil vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhərinin H.Əliyev prospektində baş verib.

2002-ci il təvəllüdlü Qax şəhər sakini Vüsal Əfqan oğlu Abdulzadə yolu keçmək istəyərkən, yolla hərəkətdə olan Qax rayon Qaxbaş kənd sakini, 1994-cü il təvəllüdlü Turan Gündüz oğlu Əliyev idarə etdiyi "10-EO-455" dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomabil ilə onu vurub. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə sağ ayağının sınığı və burun qanaxması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla baglı Qax rayon Polis şöbəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com