28 May 2017 11:11
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Pskov vilayətinin Dno stansiyasında 4 mazut sisterni relsdən çıxıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, ekoloji təhlükəsizliyə təhlükə yoxdur.

Məlumata əsasən, hadisənin nəticələrinin aradan qaldırılması üçün Pskov və Novosokolniki stansiyalarından sisternlərin relsdən çıxdığı yerə bərpa qatarları, Dno stansiyasından isə yanğınsöndürən qatar göndərilib.


Müəllif: Teleqraf.com