28 May 2017 12:18
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusu – “Sepah”ın Şəban Nəsiri adlı daha bir komandiri İraqda gedən döyüşlərdə ölüb.

Teleqraf.com xəbər verir ki, “Sepah”ın köhnə komandirlərindən olan Ş.Nəsiri Mosul şəhəri ətrafında gedən döyüşlərdə həlak olub. Səkkiz illik İran-İraq müharibəsi iştirakçılardan olduğu vurğulanan və Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə dəfə Suriya savaşında iştirak etdiyi bildirilən “Sepah”çının cənazəsinin ölkəyə gətirilib-gətirilmədiyi haqda məlumat yayılmayıb.

İranın Mazandaran əyalətindən olan Ş.Nəsirinin konkret fəaliyyəti və onun İraqa nə zaman göndərildiyi mediaya açıqlanmayıb.

Qeyd edək ki, son illər “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadının onlarla komandiri İraq və Suriyada gedən döyüşlərdə ölüb.


Müəllif: Səxavət