28 May 2017 13:09
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daha 112 nəfər itkin düşmüş sayılır. 500 minə yaxın insan daşqınlar səbəbidən evlərini tərk etmək məcbutiyyətində qalıblar.

Təbii fəlakətlərlə mübarizə mərkəzinin məlumatına görə, 2 minə yaxın ev zərər çəkib və ya tamamilə dağılıb.

Ölkə rəhbərliyinin sözlərinə görə, Nivala çayının ətraf rayonlarında və paytaxt Kolombo şəhərinin yaxınlığında daşqın təhlükəsi azalıb. Lakin, paytaxtdan cənubdə yerləşən ərazilərdə vəziyyət dəyişməz olaraq qalır.

Şri-Lanka rəhbərliyi yardım üçün BMT və Cənubi Asiya ölkələrinə müraciət edib.


Müəllif: Teleqraf.com