28 May 2017 13:49
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippində İŞİD terror təşkilatına sədaqət andı içən silahlılar 19 dinc sakini edam edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, edam olunanlar arasında qadın və uşaqlar da olub. Məlumatlara görə, bununla da İŞİD-çilər tərəfindən ölkəd edam edilən şəxsləri sayı 85-ə çatıb.

Olayın Maravi şəhərində baş verdiyi bildirilib. Bu şəhər demək olar ki, tamamilə terrorçuların nəzarətindədir.

Qeyd edək ki, mayın 23-də çıxışı zamanı Filippin Prezidenti Rodriqo Duterte İŞİD-ə qalib gələ bilməyəcəyi təqdirdə istefa verəcəyini bildirmişdi.


Müəllif: Samir