29 May 2017 12:19
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şri-Lanka son illərin ən böyük sel fəlakətinə məruz qalıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, artıq ölənlərin sayı 164 nəfərə çatıb.

Ötən həfəsonu yaşanmış şiddətli yağışlar nəticəsində ölkənin cənub və qərb hissəsi sular altında qalıb, torpaq sürüşmələri baş verib.

Daşqınlarda 164 nəfər dünyasını dəyişib, yarım milyona yaxın insan isə yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. Bu, son 10 ilin ən şiddətli sel və daşqın fəlaəti hesab olunur. Hazırda 104 itkin düşmüş insanın axtarışları davam etdirilir.

Şri-Lanka hidrometeoroloqları bugün və sabah üçün yenidən güclü musson yağışlarının yağacağını ehtimal edirlər.

Dünya səhiyyə təşkilatı Şri-Lanka üçün yardım kampaniyası başladıb.


Müəllif: İlhamə Əbülfət