30 May 2017 13:09
1 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:39

SOCAR YDM-in yanında "Porşe" markalı avtomobillə PPX avtomobili toqquşması nəticəsində bir polis əməkdaşı ölüb.

Bu barədə Teleqraf.com-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmti Ehsan Zahidov bildirib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır:

“Günün ikinci yarısı mətbuata məlumat veriləcək”.

Qeyd dək ki, hadisə Bibiheybətdən “Azneft” dairəsinə gələn yolda qeydə alınıb.

SOCAR YDM-in yanında "Porşe" markalı avtomobillə PPX avtomobili toqquşub.

***

Lent.az-ın əldə etdiyi məlumata görə, "Porsche Cayenne” markalı, 10 VV 155 dövlət qeydiyyat nişanlı avtomobillə vurulan 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus "Fiat Doblo”da ölən polis əməkdaşı 25 yaşlı Zeynallı Emil Adil oğlu olub.

Bildirilir ki, E.Zeynallı polis avtomobilini idarə edərkən "Porsche” yüksək sürətlə arxadan çırpılıb. Zərbənin gücündən o, maşının şüşəsindən çıxaraq yolun hərəkət hissəsinə düşüb və hadisə yerindəcə keçinib.

Qəzadan sonra "Porşe”ni idarə edən şəxs xəstəxanaya aparılıb.


Müəllif: İlhamə Əbülfət