17 İyul 2014 16:51
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ümid Partiyası ilə əvvəllər də əlaqələrim var idi, seçki kampaniyaları dövründə, xüsusilə, 2013 cü il prezident seçkilərində partiyanın apardığı təbliğat-təşviqat işini, müxtəlif sahələr üzrə İqbal bəyin proqram xarakterli çıxışlarını və yanaşmalarını çox bəyəndim. Buna görə də partiyaya üzv olmaq qərarımı bildirdim və bu ilin may ayının 28-də üzv oldum. Amma mənə bu qədər tez bir zamanda etimad göstərəcəklərini gözləmirdim".

Bunu Teleqraf.com-a açıqlamasında bu günlərdə Ümid Partiyası Sosial və Humanitar şöbənin müdiri vəzifəsinə təyin edilən yazar Günel Xəzəl yeni siyasi vəzifəsindən danışarkən bildirib.

G.Xəzəl bildirib ki, Ümid Partiyasında onun rəhbərlik etdiyi şöbənin işi çox genişdir: "Şöbənin əsasnaməsi ilə tanış oldum. Hazırda vəzifələrin genişləndirilməsi, yeni planların qurulması üzərində işləyirik. Çox geniş və müxtəlif istiqamətli bir sahədir. Əsas işimiz siyasi partiyalar, dini qurumlar, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə, mədəniyyət, turizm müəssisələri, kütləvi informasiya vasitələriylə əlaqələrin qurulması, sosial - humanitar tədbirlərin təşkili, bu sahədə plan və təkliflərin hazırlanması, problemlərin üzə cıxarılması, əhalinin sağlamlığının qorunması, ideoloji siyasi işin səmərəliliyinin inkişaf etməkdən ibarət olacaq".

İ.Ağazadə ilə münasibətlərinə toxunan G.Xəzəl bildirdi ki, İqbal bəyə olan inamı onu Ümid Partiyasına cəlb edib: "İqbal bəyə olan inamım məni bundan sonra ölkədə gedən siyasi proseslərin izləyicisi yox, iştirakçı olmağa sövq etdi. Bilirsiniz, dünyada üç cür insan var: Həyatın axarını müəyyən edənlər, axara düşüb üzənlər və həyatın axar olduğundan bixəbərlər. Mən də 125-lər siyasi klubu ilə Ümid Partiyasının siyasi kursuna, onun məqsədlərinə və rəhbərliyinə güvənərək özümün və cəmiyyətimizin uğurlu və ümidli gələcəyini müəyyən edənlərdən olmaq istəyirəm. Yol bəlli olanda mənzilə yetişmək rahat olur".

Ayxan


Müəllif: