18 İyul 2014 12:02
2 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İdeya ondan ibarətdir ki, dəhlizdən başqa 7 rayon Azərbaycana qaytarılır və bundan sonra xalqın iradəsi ilə Dağlıq Qarabağın son statusu tərəflər arasında razılaşdırılır”.

Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Con Heffern erməni mediasına müsahibəsində deyib.

Amerikalı diplomat Minsk qrupundakı həmsədrləri Ceyms Uorlikin təklifinə toxunaraq bildirib ki, Uorlik gənclərlə əlaqələrin yaradılması, münaqişənin həlli istiqamətində ictimai müzakirələrin dəstəyini təklif edir: “Bəzən bu dialoq zamanı mənfi reaksiyalar olur, bəzi fikirlər tənqidə məruz qalır, xüsusilə Azərbaycanda. Amma dediyim kimi, ideya bundan ibarətdir. Bu, təhlükəsizliyə və sülhə də zəmanət yaradacaq. Amma yalnız o vaxt ki, dəhlizdən başqa 7 rayon qaytarılır və status məsələsi həll olunur. Əks təqdirdə, münaqişə uzanacaq”.

/publika.az/


Müəllif: