18 İyun 2017 11:26
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabulda yük maşınları toqquşub, sürücülərdən biri xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

“Shacman” markalı yük avtomobili arxadan mişar daşı ilə yüklü olan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “KamAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Aşan avtomobilin sürücüsü Saatlı rayon sakini, 1964-cü il təvəllüdlü Əsədov Yaqub Ərzulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com