18 İyun 2017 12:16
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın paytaxtı Boqotada partlayış baş verib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə paytaxtda fəaliyyət göstərən iri ticarət mərkəzində baş verib. Nəticədə 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Boqota Bələdiyyə sədri Enrike Penalosa hadisənin bomba hücumu olduğunu deyib.

Onun sözlərinə görə, hadisə ticarət mərkəzinin qadınlar üçün nəzərdə tutulan tualetində yaşanıb. Vəfat edənlərin üçün də xanım olub.

Hazırda Kolumbiya təhlükəsizlik orqanları hadisə ilə bağlı ciddi araşdırmalara başlayıb.

Kolumbiya mediasının fərziyyəsinə görə, terror hadisəsini Milli Qurtuluş Təşkilatının törədib.

Qeyd edək ki, iki gün öncə Kolumbiyanın xarici işlər naziri xanım Mariya Anxela Olqin Azərbaycana səfər edib. Dünən o, respublikamızın şimal-qərb bölgəsində - Şəki və Zaqatalada olub.


Müəllif: Cavad