18 İyun 2017 14:14
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Əfqanıstanın Cəlalabad şəhərindəki konsulluğunda çalışan 2 diplomatı itkin düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Onlar cümə günü işdən evə qayıdarkən itkin düşüblər.

Rəsmi İslamabad qaçırılmanın arxasında kimlərin olduğunu bəyan etməsə də, keçmişdə Əfqanıstandakı diplomatlarına qarşı radikal islamçı qruplar tərəfindən belə hücumların olduğunu qeyd edib.

“Pakistan əfqan hökumətinə diplomatlarımızın xilas olmaları üçün mümkün səyləri göstərməyi və cinayətkarların tutularaq ədalətə təslim edilməsini xahiş edib”, - deyə XİN nümayəndəsi bildirib.

Rəsmi İslamabad həmçinin bəyan edib ki, Əfqanıstanda hazırda 3 müxtəlif istintaq qrupu bu məsələni araşdırır.

Qeyd edək ki, son bir neçə il ərzində rəsmi İslamabadla Kabil arasında ikitərəfli əlaqələrdə tez-tez gərginliklər yaşanır. Hər iki tərəf bir-birini Taliban qruplaşması ilə yetərli səviyyədə mübarizə aparmamaqda ittiham edirlər.


Müəllif: İlhamə Əbülfət