18 İyun 22:04
1 262

Öküz yarışlarının ən tanınmış simalarından olan İvan Fandino korrido zamanı öküzün zərbələrindən aldığı zədə nəticəsində dünyasını dəyişib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya sərhədlərində yerləşən fransız şəhəri Mon de Marsanda çıxışı zamanı 36 yaşlı Fandinonu öküz buynuzu ilə qarnından yaralayıb.

Fandinonu təcili xəstəxanaya aparmağa çalışsalar da, o, yolda dünyasını dəyişib. İspan korrido ulduzu ölümündən əvvəl 2 dəfə infarkt keçirib.

Qeyd edək ki, Fandino son 12 ildə öküz yarışları ilə məşğul olurdu. İvan son 30 ildə korrido zamanı dünyasını dəyişən iknci toreador oldu. Ötən ilin yayında Viktor Barrio adlı toreador da məhz bu tip öküz yarışları zamanı dünyasını dəyişmişdi.


Müəllif: Könül Əlibəyli