19 İyun 2017 10:48
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ordusu Tehranda baş verən terror aktına cavab olaraq, Suriyada İŞİD terror təşkilatının mövqelərini bombardman edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

İran ordusu İŞİD-in Deyr-əz-Zordakı qərargahlarına ortamənzilli ballistik raketlərlə zərbələr endirib.

Qeyd edək ki, iyunun 7-də İŞİD terrorçularının Tehrandakı İran parlamentinin binasına və Xomeyni məqbərəsinə hücumu zamanı 18 nəfər ölüb, 43 nəfər yaralanıb.


Müəllif: Samir