19 İyun 14:24

ABŞ-ın Montana ştatının Kalispell şəhərindəki otellərdən birində uçqun baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, otelin eyvanlarından birinin uçması nəticəsində 50 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan 2-sinin vəziyyəti ağır olaraq dəyərləndirilib.

Hadisənin səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Samir