19 İyun 2017 13:02
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Qətər birgə təlimləri üçün bu ölkəyə gedən türk əsgərlərinin ilk qrupu paytaxt Dohaya çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda Türkiyə əsgərlərinin ilk təlimi Tarık bin Ziyad hərbi bazasında keçirəcəkləri bildirilib və Türkiyə-Qətər birgə hərbi təliminin Qətər böhranından əvvəl planlaşdırıldığı, tərəflərin müdafiə qabiliyyətinin artırılması məqsədini güddüyü qeyd olunub.

Qeyd edək ki, bundan öncə Qətər ABŞ ordusu ilə birgə hərbi təlim keçirmişdi.


Müəllif: Samir