19 İyun 16:01

ABŞ-ın Suriya Prezidenti Bəşər Əsəd rejiminə aid qırıcını vurmasından sonra Vaşinqton ilə Moskva arasında münasibətlər gərginləşib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisədən sonra Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya olaydan sonra ABŞ ilə Suriya hava sahəsində qurulan əlaqələri təxirə saldığını bildirib.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov isə ABŞ-ın dünənki addımını "terrorçulara yardım" kimi dəyərləndirib. O bildirib ki, bu addım təkrar olunsa, cavab tədbirləri görüləcək:

"Suriya ordusuna məxsus qırıcının vurulmasını narahatlıqla qarşıladıq. Bu olay bölgədə gərginliyi artırmağa yönələn addımdır. Vaşinqtona gələcəkdə bu kimi olaylarda diqqətli olması ilə bağlı xəbərdarlıq edirik".


Müəllif: Samir