19 İyun 2017 17:32
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliyinin Xarici İşlər naziri Ənvər Qarğaş Qətərin izolyasiya siyasətinin illərlə davam edə biləcəyini deyib.

Teleqraf.com xəbər verir ki, nazir Türkiyənin Qətər siyasəti haqqında danışıb, müəyyən məsələlərlə bağlı narazılığını ifadə edib.

Nazir deyib ki, Türkiyənin müdrik davranacağına ümid edirlər: “Türkiyə Qətərlə bağlı həyata keçirilən tədbirlərin onun maraqlarına uyğun olduğunu anlamalıdır. Türkiyə bu mərhələdə Qətər məsələsində daha çox ideoloji hədəfləri və milli maraqları arasında tarazlığa çalışır”.

Ənvər Qarğaş Qətərlə bağlı izolyasiya siyasətinin uzun illər davam edəcəyini deməklə yanaşı bildirib ki, onlar vasitəçilik rolunda Küveyti daha uyğun hesab edirlər.


Müəllif: Cavad