20 İyun 2017 11:57
2 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında kadr dəyişiklikləri gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti özəl mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin iddiasına görə, böyük ehtimalla Baş Qərargah rəisi Movses Akopyan vəzifədən uzaqlaşdırılacaq. Onu general-mayor Onik Qasparyanın əvəzləyəcəyi gözlənilir.

Bildirilir ki, Serj Sarkisyan məhz bu səbəbdən iyunun 15-də Qasparyanı Baş Qərargah rəisinin müavini təyin edib: “Bununla da Ermənistan prezidenti gələcək təyinatına zəmin yaradıb”.


Müəllif: Nərgiz