20 İyun 2017 13:41
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransalı nazir qalmaqala görə hökuməti tərk edəcək.

Teleqraf.com ria.ru-ya istinadla xəbər verir ki, Fransanın Müdafiə naziri Silvi Qular Prezident Emmanuel Makron və Baş nazir Eduar Filippdən onu yenidən nazir postuna təyin etməməyi xahiş edib.

Xanım nazir bu xahişi MoDem (Demokratik hərəkat) partiyasının üzvlərini Avropa Parlamentinin əməkdaşı kimi işə düzəltməsi ilə bağlı aparılan araşdırmaya görə edib.

Qeyd edək ki, Silvi Qular mayın 17-də Müdafiə naziri təyin edilmişdi.


Müəllif: Kəmalə