20 İyun 2017 17:12
3 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigar Camalın qəzaya düşdüyünü göstərən video yayılıb.

Teleqraf.com-un məlumatına görə, video avtosfer.az saytında yerləşdirilib.

Bildirilir ki, video vaxtilə sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə Nigar Camal və rəfiqələri avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmirlər. Eyni zamanda sürücünün diqqəti yolda yox, kamerada olur:

"Nigar Camal rəqs edib oxumaqla sürücünün diqqətini yayındırır. Nəticədə avtomobil qəzaya uğrayır.

BMT-nin yol hərəkəti təhlükəsizliyi üzrə xoşməramlı səfiri seçilən Nigar Camal sosial təhlükəsizliklə bağlı sosial çarxlar çəkmək əvəzinə özü qaydaları pozur və hətta bunu çəkib paylaşır".

Qeyd edək ki, son günlər Nigar Camalla DYP əməkdaşları arasında qalmaqal yaşanır. Qalmaqal müğənninin DYP əməkdaşlarından narazılıq bildirən və kobud ifadə olan statusundan başlayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi müğənnini dinləməyə və araşdırma aparmağa dəvət edib. Hələlik məsələ aydınlaşdırılmamış qalıb.


Müəllif: Teleqraf.com