20 İyun 2017 23:36
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb bölgəsində müşahidə olunan leysan yağışları Gəncənin Hacıkəndə qəsəbəsində sonradan doluya çevrilib.

Teleqraf.com xəbər verir ki, güclü dolu səbəbindən qəsəbə infrastrukturuna ciddi ziyan dəyib.

126 evin dam örtüyü, pəncərələri qırılıb, bəzi evlərə sel suları dolub. Sosial obyektlərə, əkin sahələri və avtomobillərə ziyan dəyib.

Dəyən ziyanın miqdarını müəyənləşdirmək və fəsadları aradan qaldırmaq üçün şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri Hacıkənddə tədbirlərə başlayıb.


Müəllif: Teleqraf.com