21 İyun 2017 10:18
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Qərbi Azərbaycan əyalətində İŞİD terror təşkilatının bir qrup üzvü həbs olunub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İran parlamentinin Urmiyadan seçilmiş deputatı Nadir Qazipur jurnalistlərə açıqlamasında danışıb.

Qazipur bildirib ki, son günlər Qərbi Azərbaycan əyalətinin bir sıra şəhərlərində İŞİD üzvü olan 40 nəfər yerli hüquq-mühafizə qüvvələri ilə İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) əməkdaşlarının birgə keçirdiyi əməliyyatlarda tutulub: “Qərbi Azərbaycan əyalətinin Piranşəhr, Sərdəşt, Mahabad, Bukan və Tikab şəhərlərində tutulan İŞİD-çilərdən çoxlu miqdarda silah-sursat, partlayıcı maddə və hərbi avadanlıq aşkarlanaraq götürülüb. Onlar Ramazan ayının Qədir gecələrində terror aktları planlaşdırıbmış”.

Deputat tutulan İŞİD-çilərin kimliyini və onların İran vətəndaşları olub-olmadığını açıqlamayıb.


Müəllif: Samir