21 İyun 2017 17:00
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Stokholmdakı səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İsveç XİN məlumat yayıb.

Məlumatlara görə, səfirin nazirliyə çağırılmasına səbəb Rusiya Su-27 qırıcılarının İsveç hərbi təyyarəsinə qarşı manevrlər etməsi olub.

Qeyd edək ki, olay ötən həftə baş verib. İsveçin JAS-39 hərbi təyyarəsi Baltik dənizi üzərinə uçarkən rus Tu-160-ları onu müşaiyət edib.


Müəllif: Samir