21 İyun 2017 18:23
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlu rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə əl qumbarasının partlaması nəticəsində ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Report”a Yevlax rayon Prokurorluğundan məlumat verilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com