21 İyun 2017 20:24
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda bazarda baş verən yanğın lokallaşdırılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, artıq yanğın söndürülmək üzrədir.

Təkcə bir mağazada alov müşahidə olunur. İlkin məlumata görə, yanğın zamanı 16 mağaza içərisindəki əşyalarla birlikdə yanaraq külə dönüb. Qeyd edək ki, hadisə zamanı bir nəfərdə xəsarət alıb.

***

19:06

Cəlilabad rayonundakı “İran bazarı”nda yanğın məişət əşyalarının satışı yerindən başlayıb.

əlilabad rayonundakı “İran bazarı”nda yanğın məişət əşyalarının satışı yerindən başlayıb.

"Report"un Aran bürosu xəbər verir ki, yanğının əhatə dairəsi daha da genişlənib. Əraziyə Cəlilabadla yanaşı qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri də cəlb edilib.
İlkin məlumata görə, tüstüdən zəhərlənmə və yanğından xəsarət alma halları hələ ki, qeydə alınmayıb.

***

saat 18:05

Cəlilabad rayonunda "İran bazarı" kimi tanınan bazarda güclü yanğın başlayıb.

Bazarda başlayan yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunublar.

Hava küləkli olduğundan alovu hələlik ram etmək mümkün olmayıb, hazırda yanğın davam edir.


Müəllif: Teleqraf.com