22 İyun 2017 13:25
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saat 09:25

Türkiyənin İzmir bölgəsində səhər saatlarında 5 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin episentri Egey dənizində olub.

Yeraltı təkanlar insanlar arasında təşvişə səbəb olub.

Dağıntı və tələfatın olmadığı açıqlanıb.

***

Türkiyədə ikinci zəlzələ qeydə alınıb.

Bu dəfə yeraltı təkanların episentri Manisada yerləşib. Zəlzələnin gücü Rixter şkalası üzrə 4,1 bal olub.

Məlumatı Qəndilli rəsədxanası yayıb.


Müəllif: Samir