22 İyun 2017 17:12
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Helmand əyalətində avtomobilə yerləşdirilən bomba partladılıb. Nəticədə onlarla mülki şəxs ölüb.

Teleqraf.com xəbər verir ki, hücum bankomatdan əmək haqlarını almaq üçün növbə tutan insanlara qarşı həyata keçirilib.

Məlumata görə, terror hücumu zamanı 20 dinc sakin həlak olub, 50 nəfərdən çox insan yaralanıb.

Əfqan xüsusi xidmət orqanlarından bildiriblər ki, terror aktı Helmand əyalətinin Laşkargah şəhərində fəaliyyət göstərən Yeni Kabul Bankı qarşısında həyata keçirilib.


Müəllif: Cavad