23 İyun 2017 01:46
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər respublikanın Qərb bölgəsinə yağan güclü leysan yağışları Goranboyda fəsadlara səbəb olub.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində rayon ərazisində keçən Kürəkçayda suyun səviyyəsi artaraq daşıb.

Sel suları rayonun Nadirkənd və Qazancı kəndlərində ciddi fəsadlar yaranıb, əkin sahələrinə və təsərrüfata ciddi ziyan vurub. Kənd yollarında avtomobillərin hərəkətində də problemlər yaranıb. Bir neçə evin həyətyanı sahəsinə də sel suları dolub.

Hazırda təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərə başlanılıb.


Müəllif: Teleqraf.com