23 İyun 2017 00:34
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonu ərazisində ağır xəsarətlər nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, “OKA” markalı 59 BD 451 dövlət nömrə nişanlı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Avtomobildə olan sürücünün 4 ailə üzvü yüngül xəsarət alıblar.

Sürücünün kimliyi müəyyənləşdirilir.


Müəllif: Ruslan