23 İyun 2017 12:07
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonda ümumi sahəsi 200 kvadrat metr olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 25, dam örtüyü 50 kvadrat metr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​


Müəllif: Şəfiqə