23 İyun 2017 11:34
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İŞİD terror təşkilatının Suriyadakı mövqelərinə zərbələr endirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatlara görə, zərbələr "Kalibr" qanadlı raketləri vasitəsilə həyata keçirilib. Raketlər "Admiral Essen", "Admiral Qriqoroviç" gəmilərindən və "Krasnodar" sualtı qayığından buraxılıb.

Nazirlik hücumun uğurla başa çatdığını qeyd edib. Bundan başqa, məlumatlarda hücumla bağlı Türkiyə və İsrail tərəfinin məlumatlandırıldığı bildirilib.


Müəllif: Samir