23 İyun 2017 12:28
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Bəlucistan regionunun Kuetta şəhərində terror aktı baş verib. Yerlihüquq-mühafizə orqanlarından bildiriblər ki, polis idarəsi yaxınlığında bomba yüklü avtomobil partladılıb.

Teleqraf.com xəbər verir ki, güclü partlayış nəticəsində 11 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralıların içərisində vəziyyəti ağır olanlar var.

Hələlik terror hücumuna görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.


Müəllif: Cavad