24 İyun 2017 01:47
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zəfəran hospital"a məxsus, "Volkswagen" markalı təcili yardım xidmətinin avtomobili qəza törədib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, "Volkswagen" markalı ambulans Əhməd Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə ambulans əvvəlcə sərnişin avtobusuna, sonra

"Daewoo" markalı minik avtomobilinə, ən sonda isə səkiyə çırpılaraq hospitalın qarşısında aşıb.

Nəticədə ambulansın Yelmar adlı sürücüsü xəsarət alaraq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.


Müəllif: Teleqraf.com