24 İyun 2017 22:28
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallının Kolatan kəndində fermer sahəsinə girən inəkləri of tüfəngilə vurub.

Teleqraf.com xəbər verir ki, kənd sakini 59 yaşlı Allahşükür Məmmədov noxud əkdiyi tarlaya iribuynuzlu mal-qara girdiyini görərək özünə məxsus ov tüfəngi ilə heyvanları vurub. Hadisə zamanı Qızılavar kənd sakininə məxsus 1, Kolatan kənd sakinlərinə məxsus 3 iribuynuzlu heyvan yaralanıb. Onlardan biri çoxlu qan itiridiyindən sonradan ölüb.

Maqsud Abıyev (zərərçəkən) deyib ki, inəyinin ölməsiylə ona 1900 manatlıq ziyan dəyib”.

Hadisəni törədən şəxs Allahşükür Məmmədov dəfələrlə iribuynuzlu heyvanların sahiblərinə müaciət etdiyini, amma nəticəsinin olmadığını deyir.

“Xəbərdarlıq etmişdim ki, xəstə adamam torpağımı mühafizə edə bilmirəm. Malları buraxmayın. Xeyri olmadı, mən də vurdum”.

Hadisə ilə bağlı 102 xidmətinə məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gəlib.Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com