25 İyun 2017 09:41
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 25-də Mosulda güclü partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Ölənlər və yaralananlar arasında qadınların və uşaqların olduğu bildirilir.

Qeyd edək ki, artıq bir necə aydır Mosulun İŞİD terrorçularından azad edilməsi üzrə əməliyyat aparılır.

Komandanlığın məlumatına əsasən, Mosulun azad edilməsinə sayılı günlər qalıb.


Müəllif: Günay Əli